Kristian Eriksen uğurlu əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb

Danimarka milli futbol komandasının üzvü Kristian Eriksen uğurlu əməliyyatdan sonra xəstəxanadan evinə buraxılıb.
SİA Danimarka Futbol Assosiasiyasına istinadla xəbər verir ki, milli komandanın oyunçusu Kristian Eriksen ürəyində uğurlu əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb.
Kristian Eriksen iyunun 12-də Danimarka və Finlandiya millilərinin Avro 2020-nin açılış matçının 43-cü dəqiqəsində ürək tutmasından sonra huşunu itirib. Futbolçu xəstəxanaya aparılmadan öncə, elə oyun meydançasında ürək-ağciyər reanimasiyası və defibrilator olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə