“Trabzonspor”, keçmiş oyunçusu Aleksandır Sörlotu geri gətirmək üçün “Leipzig” ilə rəsmi təmaslara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alman klubunun prezidenti Oliver Mintzlaf ilə görüşən “Trabzonspor”un prezidenti Əhməd Ağaoğlu, "Hazırda müqaviləli futbolçunuza bir təklif verməmişik, Sörlothla bağlı qərarınızı gözləyirik. Buna uyğun davranacağıq" deyib.
Tətildə olan 25 yaşlı norveçli futbolçunun ailəsi və meneceri ilə gələcəyi ilə bağlı bir görüş keçirəcəyi və buna görə qərar verəcəyi öyrənilib. Trabzonsporun xarici oyunçu transfer haqqını Sörloth və ya eyni keyfiyyətdə bir oyunçu ilə transfer edəcəyi gözlənilir.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB