Bu yay "Qarabağ"dan ayrılaraq Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb. SİA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə millimizin 24 yaşlı hücumçusu hazırda Avstriyanın III liqa təmsilçisi "Bisşofşofen" klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub.

Mahirin yeni komandasında debütü uğurlu alınıb. Belə ki, o, fasiləyədək 3 qol vurub. Bu, 6, 22 və 36-cı dəqiqələrdə olub. "Legiya" Mahir Emrelinin vurduğu qollarla 3:0 hesabı ilə ilk hissədə 3:0 öndə olub.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə