FHN-nin əməkdaşı daha bir uğura imza atıb - FOTOLAR

FHN-nin əməkdaşı daha bir uğura imza atıb - FOTOLAR

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib. SİA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda, Rövşən Xəlilov 80 kq çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift, Deadlift (340 kq rekord) və 2 tondan çox ağırlığı olan maşındartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qəlkəbəsini hərbi salam ilə qeyd edərək bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbiçilərimizə həsr edib.

17 iyun 2021-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə