Türkiyə qrupdan necə çıxar?

“AVRO-2020”yə İtaliya məğlubiyyəti ilə başlayan Türkiyə millisi A qrupunun 2-ci oyununda Uelslə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda rəqibinə 2:0 hesabı ilə uduzan Türkiyə millisi qrupdan çıxmağı çox çətinləşdirib. Qrupun digər oyununda dünən gecə baş tutan qarşılaşmada İtaliya İsveçrəni 3:0 hesabı ilə məğlub edərək növbəti tura çıxmağı qarantiləyib.

Bəs Türkiyə millisi qrupdan necə çıxa bilər?

Türkiyə millisi xalsız sonuncu yerdədir. A qrupundakı üçüncü və son oyunlar 20 iyun bazar günü keçiriləcək. Türkiyə-İsveçrə, İtaliya-Uels matçlarından sonra qrupdan çıxan komandalar müəyyənləşəcək.

Türkiyə qrupdan necə çıxa bilər? EURO 2020 A qrupu sıralamaları

1- İtaliya / 6 xal

2- Uels / 4 xal

3- İsveçrə / 1 xal

4- Türkiyə / 0 xal

Qruplarda xal bərabərliyi halında nələrə baxmaq lazımdır?

- Komandalar arasında qol fərqi

- Komandalar arasında vurulan qolların sayı

- Qrupdakı gol fərqi

- Qrupda vurulan qolların sayı

- Fair-Play xalı

Ən yaxşı 3-cü yer üçün nə axtarmaq lazımdır?

- Ən çox xal toplayana

- Gol fərqi

- Vurulan qolların sayı

- Fair-Play xalı

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə