"Ginnesin rekordlar kitabı"na düşən futbolçu karyerasını başa vurub

31 klubda çıxış edərək “Ginnesin rekordlar kitabı”na düşən futbolçu Sebastyan Abreu karyerasını bitirib.

SİA xəbər verir ki, bu barədə 44 yaşlı uruqvaylı hücumçu özü açıqlama verib. Abreu, 26 illik futbolçu karyerasını bitirdiyini deyib.

Abreu ən çox klub dəyişən futbolçu kimi “Ginnesin rekordlar kitabı”na düşüb. O, karyerası ərzində İspaniya, Braziliya, Argentina, Yunanıstan, Meksika, Çili, Ekvador klublarında çıxış edib. Hücumçunun son iş yeri Uruqvayın “Sud Amerika” klubu olub.

Abreu Uruqvay yığmasında 70 oyunda 26 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...