Danimarkanın oyunçusu Kristian Eriksenin qurtuluşunda böyük payı olan Danimarka millisinin kapitanı artıq AVRO-2020-nin qəhrəmanına çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, meydanda xəstələnən Eriksenə ilk yardım edilib. Ağlayan sevgilisi Sabrinanı sakitləşdirib.
AVRO- 2020-də Danimarka-Finlandiya matçı zamanı infarkt nəticəsində yerə yıxılan danimarkalı futbolçu Kristian Eriksen, bütün dünyanın ürəyini ağzına gətirib. O anda Danimarka Milli Komandası kapitanı Simyon Kayer, hərəkətləri ilə Eriksenin həyatını qurtarmaqda lider rolunu oynadı və sahəyə düşərək ağlayan sevgilisi Sabrinaya verdiyi mənəvi dəstəyi ilə artıq AVRO-2020-nin qəhrəmanlarından biri oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə