AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka – Finlandiya matçı bərpa olunub.
SİA-nın məlumatına görə, Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.
Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB