Kristian Eriksen tamamilə özünə gəlib - Futbolçunun meneceri

AVRO-2020-nin Danimarka – Finlandiya oyununda ürək dayanması səbəbindən huşunu itirən Kristian Eriksen tamamilə özünə gəlib.

SİA-nın məlumatına görə, bunu yarımmüdafiəçinin meneceri Marten Şuts açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında futbolçunun özünə gəldiyini bildirib: “Kristian artıq danışa bilir. Atası və həyat yoldaşı da yanındadır”.

Qeyd edək ki, Eriksen ilk yarının sonlarında yerə yıxıldığı üçün oyun dayandrılıb və bu gün 22:30-da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə