AVRO-2020: Bakıdakı ilk oyun başladı

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu start götürüb. SİA-nın məlumatına görə, görüşü fransalı Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə