Ordumuzda yüngül atletika və gimnastika üzrə yarış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.

Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq arenalarda da yüksək nailiyyətlər əldə edirlər.

On iki komanda üzrə 214 nəfər hərbi idmançının iştirak etdiyi yarışların yekununda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...