Burak Yılmaz tarixi rekorda imza atıb

Türkiyə millisinin futbolçusu Burak Yılmaz yeni rekorda imza atıb.

SİA “NTV Spor”a istinadən xəbər verir ki, o, buna hazırda davam edən Avro-2020-nin açılış matçında İtaliya ilə görüşdə iştirak etməklə nail olub. Bununla da 35 yaş 331 günlüyündə olan hücumçu millinin Avropa və dünya çempionatında meydana çıxan ən yaşlı oyunçusu adını qazanıb. İndiyədək ən yüksək göstərici Rüştü Recepə məxsus idi (35 yaş 46 gün).

Qeyd edək ki, hazırda davam edən görüşdə Türkiyə yığması İtaliyaya 0:2 hesabı ilə uduzur.

Bütün xəbərlər Facebook səhifəmizdə