"Qalatasaray", keçən mövsüm Kasımpaşada oynayan Aytaç Kara və Göztepedə oynayan Alpaslan Öztürkü heyətlərinə qatdıqlarını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sarı-qırmızılı klub 28 yaşlı oyunçuya 3 il müddətinə ümumilikdə 18 milyon TL ödəyəcək.

Sarı-qırmızılı klubun İctimai İşıqlandırma Platformasına (KAP) verdiyi açıqlamaya aşağıdakı ifadələr daxil edilib: Peşəkar futbolçu Aytaç Kara ilə aşağıdakı şərtlərlə 2021-2022 futbol mövsümündən başlayaraq 3 mövsüm razılaşma əldə edilib.

2021-2022 mövsümü üçün xalis 6.000.000 TL transfer qiyməti

2022-2023 mövsümü üçün xalis 6.000.000 TL sabit ödəniş

2023-2024 mövsümü üçün xalis 6.000.000 TL transfer qiyməti

Bütün xəbərlər Facebook səhifəmizdə