"Azarkeşlər Azərbaycanı və onun inkişafını görəcəklər” - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Avropa Çempionatı start götürür və açılışı İtaliyada baş verəcək. Bilirsiniz ki, Avropa Çempionatının 4 oyunu Azərbaycanda keçiriləcək. Bu həm Azərbaycan üçün, həm futbol sevərlər üçün, həm də gənc nəsil üçün böyük bir uğurdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanı idman ölkəsi kimi tanıyırlar: “Azərbaycanda keçirilən ən mötəbər yarışlar və Avropa Çempionatı onu göstərir ki, Azərbaycan bu yarışları keçirməyə tam hazır ölkədir. Bu kimi yarışların keçirilməsi də Azərbaycana böyük təkan verəcək. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində maddi-texniki baza yaradıldı. Stadionlar, Olimpiya kompleksləri tikildi, regionlarda idmanın inkişafı ilə bağlı müxtəlif infrastrukturlar yaradıldı. Bunların nəticəsidir ki, bu gün bu cür böyük yarışları keçirə bilirik”.

Deputat həmçinin qeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi futbolumuzun inkişafına daha da təkan verəcək: “Gələcəkdə bu kimi yarışlar bir daha onu göstərəcək ki, Azərbaycan dünyada nüfuzlu bir ölkədir, Azərbaycan Prezidentinin dünya prezidentlərinin arasında öz xüsusi yeri var. Avropa Çempionatının keçirilməsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizə xeyli sayda azərkeşlər gələcək. Azərkeşlər Bakını görəcəklər, milli, mədəni, tarixi abidələrimizlə tanış olacaqlar, ümumiyyətlə Azərbaycanı və onun inkişafını görəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə