“Şərtlər yerinə yetirilsə qalacağam!” - Mustafa Dənizli

18 il formasını geyən “Altay”'ın 18 illik Super Liqa həsrətinə son qoyan baş məşqçi Mustafa Dənizli, qatıldığı bir televiziya proqramında lazımi şərtlərin yerinə yetiriləcəyi təqdirdə işinə davam edəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vəziyyəti prezident Özgür Ekmekçioğluya izah edəcəyini söyləyən baş məşqçi Mustafa Dənizli sözlərini belə ifadə edib: "Sizə vaxt azlığı və vəziyyət haqqında danışacağam. "Problem deyil müəllim" deyirsə, komandada qalmaqa davam edəcəyəm. Final matçını 26 apreldə oynadıq, 27-dən başlayaraq xüsusən xaricdən gələn Avropa, Şimali Avropa, Cənubi Amerika və müxtəlif liqalardan bir çox futbolçunu “Altay” üçün izləyirəm”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...