"Lion" "Fənərbaxça"nın oyunçusu üçün təklifi bu məbləğə çatdırıb

"Lion" "Fənərbaxça"nın oyunçusu üçün təklifi bu məbləğə çatdırıb

Yunanıstan Milli Komandasının Norveçi 2-1 məğlub etdiyi matçda Giorgos Masourasın qolunun ötürməsini edən və Androutosun qolunda hücum quran Dimitrios Pelkas transfer qiymətini artırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Fənərbaxça"lı futbolçuya elçi düşən "Olimpik Lion"un etdiyi təklifi 6 milyondan 7,5 milyon avroya qədər artırdığı öyrənilib.

" Fənərbaxça" isə 27 yaşlı ulduz üçün 10 milyon avro transfer pulu istəyir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə