Keçən mövsümün Misirin “Zamalek” klubundan satın alma bəndi ilə Qalatasaray tərəfindən icarəyə götürülən Mostafa Mohamed mövsümün ikinci yarısındakı əla performansıyla ad çıxartmağı bacarıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, misirli futbolçunun meneceri Əhməd Yəhya, "Şəfa Əl-Balad" kanalına Mostafa Mohamedlə bağlı “Galatasaray” və “Zamalek” arasındakı danışıqlar haqqında açıqlama verib.
Transferlə bağlı da flaş açıqlamalar verən Yahya, Mostafa Mohamedin Tokio Olimpiya Oyunlarında Misir millisində göstərəcəyi performansla diqqət çəkəcəyini bildirib.
Fransız klubları “Qalatasaray”ın hələ də Zamalekdən tam transfer etmədiyi Mostafa Mohamed üçün transfer addımları atıb. “Sent-Etyen” və “Marsel” klublarının hücumçu ilə maraqlandığı bildirilib.
Xüsusilə “Sent-Etyen”in Mostafanın transferində israr etdiyi və ulduz oyunçunu "Qalatasaray"dan transfer etmək üçün bütün şərtləri qsrşılayacağı ifadə edilib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB