Şener Özbayraklı "Qalatasaray"la vidalaşıb

Şener Özbayraklı "Qalatasaray"la vidalaşıb

"Qalatasaray"la müqaviləsi bitən Şener Özbayraklı klubdan getdiyini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, klub, təcrübəli sağ cinah müdafiəçisi Medipol Başakşehir ilə 2 illik müqavilə imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial media hesabında Şener Özbayraklı fikirlərini paylaşıb. "Dəyərli "Qalatasaray" üzvləri, 2019-cu ildən formasını qürurla geyindiyim "Qalatasaray" idman klubu ilə müqaviləmin bitməsindən sonra yollarımızı ayırdıq. Yeni macəralara başlamaq futbolun həyatında olduğu kimi, ayrılıqlar da futbolun bir parçasıdır. Karyeramda yeni bir səhifə açmağın hər iki tərəf üçün yaxşı olacağına inanıram. Hər zaman forma ilə futbol meydançasında oynayan zaman, tərimin son damlasına qədər mübarizə aparmışam və əlimdən gələni etmişəm. Ancaq, vidalaşma vaxtı gəlib çatdı... Bütün texniki komandaya, başda direktor heyəti üzvləri və məşqçi Fatih Terim olmaqla komanda yoldaşlarıma, inzibati heyətə və klub işçilərinə təşəkkür edirəm”.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə