“Dinamo Moskva”dan transfer hərəkatı

“Dinamo Moskva”dan transfer hərəkatı

Müdafiəçi axtarışına davam edən Moskvanın "Dinamo" klubu bir müddət “Qalatasaray”da oynayan Koray Günteri gündəmə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya 1-ci Liqa komandalarından biri olan “Dinamo Moskva”, müdafiə xəttini gücləndirmək üçün işlərini davam etdirir. “Cagliari”dən Godini çox istəyən “Dinamo Moskva” 35 yaşlı oyunçunu hələ razı sala bilməyib.

“Moskva Dinamo” danışıqların gedişatından asılı olaraq Diego Godin və ya Koray Günteri heyətinə qatmaq istəyir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə