TBF prezidentindən çempion “Anadolu Efes”ə - TƏBRİK MESAJI

TBF prezidentindən çempion “Anadolu Efes”ə - TƏBRİK MESAJI

Türkiyə Basketbol Federasiyası (TBF) prezidenti Hidayet Türkoğlu, ING Basketbol Super Liqasında 2020-2021 mövsümünü çempion başa vuran Anadolu Efesi təbrik ediib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Basketbol Super Liqasında mövsümü başa vurduqları üçün xoşbəxtliklərini dilə gətirən Türkoğlu finalda oynayan hər iki komandanı təbrik edib.

"Anadolu Efesi Avropa və Liqadakı çempion olmaları münasibəti ilə təbrik edirəm. Çətinlik çəksək də Allaha şükür ki, çempionatı bitirmə fürsəti tapdıq. Çox xoşbəxtik. Basketbol markasına zərər gəlmədən, salonlarda tamaşaçı olmamasına rəğmən liqanı gözəl bitirmək istəyirdik. Bütün klublarımıza anlayışları və əməkdaşlıqları üçün nə qədər təşəkkür etsək azdır. Ümid edirəm bu proses yaxın illərdə də eyni şəkildə davam edəcək" ifadələrindən istifadə edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə