Halil Dervişoğlu transferində - SON VƏZİYYƏT

Halil Dervişoğlu transferində - SON VƏZİYYƏT

Geridə qoyduğumuz mövsümün ikinci yarısında, icarə ilə Qalatasaray formasını geyinən və performansı ilə milli komandaya yüksələn Halil Dervişoğlunun gələn mövsüm hansı komandanın formasını geyəcəyi bəlli deyil. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə transferin ən sevilən adlarından biri olan Halil Dervişoğlunun vəziyyəti maraq mövzusudur. Milli Komandanın məşqçisi Şenol Güneşin Avropa Çempionatı heyətinə daxil etdiyi Halil Dervişoğlu, "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" ilə adı keçir. Dervişoğlu cəbhəsi hər üç komandanın da onlarla danışıq olduqunu təsdiqləyir, lakin hələlik oyunçuya rəsmi təklif edilmədiyini bildirir. Mövsümün ikinci yarısını "Qalatasaray"da icarə əsasında keçirən Halil Dervişoğlunun ingilis komandası Brentford bu il yenidən Premyer Liqaya yüksəlib. Halilin klubla müqaviləsi 2024-cü ildə başa çatır. Brentford rəhbərliyi oyunçu tərəfinə Dervişoğluya güvəndiklərini və onu heyətdə qəbul etdiklərini çatdırdı. Brentford klubu Halili satmaqa o qədərdə razı deyil. Ancaq cəlbedici bir transfer təklifi və ya kirayə təklifinə də qapılarını bağlamadılar. Görünür, milli futbolçunun Avropa çempionatındakı çıxışı da həlledici olacaq.

Keçən mövsüm "Qalatasaray"da icarə əsasında oynamış 21 yaşlı futbolçu 12 Super Liqa oyununda 3 qol və 2 məhsuldar ötürmə edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə