\"Barselona\" Avropanın ən güclüsüdür

\"Barselona\" Avropanın ən güclüsüdür
Avropanın ən güclü futbol klubunun məhz \"Barselona\" olduğuna indi dünyada heç kimim şübhəsi qalmayıb. Siasport.az saytı xəbər verir ki, mayın 28-də İspaniyanın \"Barselona\" və İngiltərənin \"Mançester Yunayted\" futbol klubları UEFA Çempionlar Liqasının finalında \"Wembley\" stadionunda qarşı-qarşıya gəliblər.

Öz ölkələrində yenidən çempionluq sevinci yaşayan hər iki klub, 2010-1011-ci il mövsümündə Avropanın ən güclüsü olmaq üçün də mübarizə aparmalı olublar. Qarşılaşma başlayan kimi, katalonların nahaq yerə nəinki Avropanın, həm də dünyanın bir nömrəli komandası olmadıqları aşkara çıxıb. Belə ki, \"qırmızı şeytanlar\"ın bütün səylərinə baxmayaraq katalon klubu ingilislərə bir dənədən çox qol vurmaq şansı verməyib.

Birinci hissənin 27-ci dəqiqəsində qol hesabını Pedro Rodriqes açıb. Düzdür, \"Barselona\"nın qol sevinci uzun çəkməyib. Belə ki, 34-cü dəqiqədə Uen Ruunu hesabı bərabərləşdirib.Tərəflər fasiləyə bu hesabla gediblər. İkinci hissədə isə, Leonel Messi və David Villyanın qolları ilə \"Barselona\" 3:1 hesablı qələbə qazanaraq bu il də UEFA Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə