Futbol dünyasında ən yüksək bazar dəyərinə sahib olan oyunçu 190,2 milyon avro ilə "Mançester Siti"dən Phil Fodendir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES), dünyanın 5 böyük liqaları olan Almaniya (Bundesliga), Fransa (Liqa 1), İngiltərə (Premyer Liqa), İspaniya (La Liga) İtaliya (A Seriyası) və Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan bazar dəyəri ən yüksək olan oyunçuları müəyyənləşdirib.
CIES-in yaş, müqavilənin başa çatması üçün qalan vaxt, mövqe, klubdakı və milli komandadakı performansı kimi meyarlara uyğun olaraq, ingilis yarımmüdafiəçisi Foden bazar dəyəri 190,2 milyon avro olan, ən dəyərli futbolçu sıralamasında lider olub. "Mançester Yunayted"in ingilis oyunçularından, bazar dəyəri 178 milyon avro Mason Greenwood və bazar dəyəri 159,1 milyon avro olan Marcus Rashford Fodendən sonra 2-ci və 3-cü yerlərdə müəyyənləşib
Ən yüksək bazar dəyəri olan 10 oyunçu aşağıdakı kimi sıralanır:
1. Phil Foden (Manchester City): 190.2 milyon avro
2. Mason Greenwood (Manchester United): 178
3. Marcus Rashford (Manchester United): 159.1
4. Erling Haaland (Borussia Dortmund): 155.5
5. Bruno Fernandes (Manchester United): 154.3
6. Frenkie de Jong (Barselona): 138.7
7. Pedri Gonzalez (Barselona): 133.2
8. Alphonso Davies (Bayern Münih): 131.6
9. Joao Felix (Atletico Madrid): 127.8
10. Mason Mount (Chelsea): 123.6
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB