Üç pilot qəzaya düşdü - "Formula 2"

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında ilk qəzalar verib. SİA-nın məlumatına görə, "Dams" komandasından Markus Armstronq "Art Grand prix"də çıxış edən Teo Porşare ilə toqquşub.

Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.

Bundan əlavə, "HWA Racelab"dən Matteo Nannini də qəza törətdiyi üçün həmkarlarının aqibəti ilə üzləşib.

Qeyd edək ki, saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış starta veriləcək və yekunda qalib müəyyənləşəcək.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə