Küveyt nümayəndəsi Hüseyn Əl-Müsallam Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) yeni prezidenti seçilib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Seçkilər Qətərdə "FINA" konqresində baş tutub.
H.Əl-Müsallam 1996-cı ildən "FINA"da işləyir və 2015-ci ildən təşkilatın birinci vitse-prezidentidir. 61 yaşlı yeni rəhbər eyni zamanda Asiya Olimpiya şurasının baş direktoru və Küveyt Olimpiya komitəsinin baş katibidir.
Xaırladaq ki, Hüseyn Əl-Müsallam quruma 2009-cu ildən indiyədək rəhbərlik edən uruqvaylı Hulio Maqlionenin yerinə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB