"Formula 2" üzrə Azərbaycan Qran-prisindəki sprint yarışında bir neçə qəza baş verib.

SİA xəbər verir ki, ilk olaraq "Hitech Grand Prix" komandasından Liam Lousonun bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.

Ardınca daha 3 sürücü qəza törədib. "HWA Racelab"ın pilotları Cek Aytken, Alessio Deledda "Prema Racing"dən isə Oskar Piastri ikinci döngədə eyni halla üzləşib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə