Birazdan F2 sprint yarışı başlayacaq - BAKI 2021

“Formula” Bakı Qran Prisi davam edir. SİA xəbər verir ki, Bakı vaxtı ilə saat 11:25-də F2 sprint yarışı başlayacaq. Yarış saat 12:15-də başa çatacaq. Yarışın ardınca qısa fasilədən sonra F1 üçüncü sərbəst yürüşə start verəcək.

Qeyd edək ki, “Formula1” Bakı Qran Prisi 4-6 iyun tarixlərinə həyata keçiriləcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə