Akademik avarçəkənlərimiz Dünya Kubokunun I mərhələsində mübarizəyə baslayıblar

Akademik avarçəkənlərimiz Dünya Kubokunun I mərhələsində mübarizəyə baslayıblar
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Almaniyanın Münhen səhərində keçirilən Dünya Kubokunun I mərhələsində mübarizəyə baslayıb.

Azərbaycan Milli Avarşəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nüfuzlu yarısda olkəmiz geniş tərkibli heyətlə təmsil olunur. İlk dəfə yığmamızın heyətində qadın idmançı – Nataliya Mustafayeva yer alıb. N.Mustafayeva 1 nəfərlik yüngül çəkili qayıqla (W1X) mübarizə aparır. Kisilərin mübarizəsində isə Aleksandr Aleksandrov 1 nəfərlik (M1X), Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili (LM1X), Cavid Əfəndiyev – Iqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili (LM2X) qayıqlarla çıxış edirlər. Onlar 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayırlar.

Seçmə mərhələdə Nataliya Mustafayeva bu məsafəni 7 dəqiqə 26,22 saniyəyə qət edərək, 3-cü yeri tutub. Bu nəticə ilə qadın idmançımız təsəlliverici mərhələyə çıxıb.

Aleksandr Aleksandrov 6 dəqiqə 48,86 saniyə nəticə ilə 3-cü olub. A.Aleksandrov da təsəlliverici mərhələyə çıxıb. Finişə 7 dəqiqə 21,90 saniyə nəticə ilə 4-cü catan Kamal Məmmədov da təsəlliverici mərhələdə yarışmaq imkanı əldə edib. Nəhayət, Cavid Əfəndiyev – İqor Xmara dueti 6 dəqiqə 26,21 saniyə nəticə ilə 4-cü yeri tutaraq finala vəsiqə qazanıb.

Dünya Kubokunun I mərhələsinə mayın 29-da yekun vurulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня