"Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi" - Belarus millisinin baş məşqçisi

"Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi" - Belarus millisinin baş məşqçisi

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Minskdə Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq matçından sonra mətbuat konfransı keçirib.

SİA xəbər verir ki, o, bu gün meydanda bacardıqlarını etdiklərini deyib:

"Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi”.

Müəllif: Vahid İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə