Aprel və may aylarının ən yaxşı futbolçuları məlum olub

Aprel və may aylarının ən yaxşı futbolçuları məlum olub
Azərbaycan idman jurnalistləri, baş məşqçilər və komandaların kapitanları arasında keçirilən sorğuya əsasən aprel və may aylarının ən yaxşı futbolçuları məlum olub. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" klubunun forvardı Uinston Parks və "Qarabağ"ın yarımmüdafiəçisi Georgi Adamiya müvafiq olaraq aprel və may aylarının ən yaxşı oyunçusu seçiliblər. Bu münasibətlə Peşəkar Futbol Liqası (PFL) və Unibank tədbir keçirib. Tədbirdə PFL-in prezidenti Ramin Musayev və Unibank rəsmiləri də iştirak ediblər. Tədbir zamanı vurğulanıb ki, sorğuda 12 peşəkar futbol klubu və 25-ə yaxın KİV nümayəndəsi iştirak edib. U. Parks səslərin 30 faizini toplayıb. Mövsümün bombardiri G.Adamiya isə 58 faiz səs toplayıb. Futbolçular tədbirdə iştirak etməsələr də, onların təmsilçilərinə pul mükafatı və hədiyyələr tədqim olunub.

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə