Serxiyo Aquyero Barselonaya transfer olub

Serxiyo Aquyero Barselonaya transfer olub

"Barselona", ​​"Mançestr Siti" ilə müqaviləsi bitən Serxiyo Kun Aquyero ilə müqavilə imzalayıb. Argentinalı ulduzla müqavilənin 2022-2023 mövsümünün sonuna qədər imzalandığı ifadə edilib. SİA-nın verdiyi məlumata görə, "Barselona", ​​Serxiyo Aquyero ilə iki illik müqavilə imzalayıb. Aquyeronun sərbəst qalma maddəsi 100 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, "Mançestr Siti" ilə 3 liqa, 5 Liqa Kuboku və İngiltərə Kubokunu qazanan Sergio Aquyero, 384 matçda 257 dəfə toru silkələyib və klub tarixinin bombardiri olub.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə