"Formula 1 varlı uşaqların klubudur" L.Həmilton

"Formula 1 varlı uşaqların klubudur" L.Həmilton

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, indiki dövrdə Formula 1-də yarışa bilməzdi. SİA xəbər verir ki, kartinq yarışlarına qatılmaq üçün böyük maliyyələr lazımdır. Həmiltonun atası Əntoni oğlunun kartinqdəki xərclərini qarşılamaq üçün bir neçə işdə işləməli olmuşdu.

Lyuis Həmilton: “Formula1 milyarder uşaqların klubuna çevrilib. Karyerama fəhlə ailəsində yenidən başlasaydım, hazırda burada yarışa bilməzdim. Çünki rəqiblərimin pulu məndən çox olacaqdı. Bunu dəyişdirməli və idmanı hamı üçün əlçatımlı etməliyik. Həm varlılar, həm də sadə adamlar burada yarışa bilməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə