Formula 1 Azərbaycan Qran Prisində iştirak etməkm üçün Bakıya gələn bütün komanda üzvləri koronavirus testindən keçirilib. Bu barədə SİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirib ki, test verənlər arasında koronavirus aşkarlanmayıb, hər hansı təhlükəli vəziyyət yoxdur. Komanda üzvləri Bakıya gəlməzdən 48 saat əvvəl də testən keçiblər. Onlar 5 gündən sonra yenidən koronavirus testindən keçiriləcək.
Qeyd edilib ki, komandaların əksəriyyəti artıq Bakıdadır və bu gün qalan komandalar Bakıya gələcək.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB