Milli komandamızın daha bir futbolçusu karyerasını Polşada davam etdirə bilər
“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyuk karyerasını Polşada davam etdirə bilər.
SİA “transfery.info” saytına istinadən xəbər verir ki, “Visla” klubu 22 yaşlı müdafiəçi ilə maraqlanır.
Plotsk təmsilçisi “Neftçi” ilə müqaviləsi iyunun sonuna qədər olan Antonu azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Azərbaycan milli komandasının da üzvü olan Anton Krivotsyuk 2017-ci ildən “Neftçi”də çıxış edir.
“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də Polşanın “Legiya” klubuna keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB