Dünya çempionu Türkiyəyə geri qayıtdı

Dünya çempionu Türkiyəyə geri qayıtdı

Ankara Esenboğa Hava Limanında, Bakıda keçirilən Aerobika üzrə Gimnastika Dünya Çempionatında qızıl medal qazanan “Red Bull” atleti Ayşe Begüm Onbaşı üçün qarşılama mərasimi təşkil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mərasimə İdman Xidmətləri baş menecerinin müavini Murat Karakaya, Ankara İdman İl Müdiri Mustafa Çelik, Gimnastika Federasiyasının prezidenti Suat Çelen, Ankara Böyükşəhər Bələdiyyəsi Ego İdman Kulubu başçısı Akın Hondoroğlu, Ayşe Begüm Onbaşı ailəsi və pərəstişkarları qatılıb. Aerobika üzrə Gimnastika Dünya Çempionatında qızıl medal qazanan Ayşe Begüm Onbaşı, "Hər şeydən əvvəl çox sevindim. Çox xoşbəxtik” deyib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə