25-26 may 2021 - ci il tarixlərində Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində cüdo idman növü üzrə Beynəlxalq Qran - Pri yarışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yarışda 38 ölkədən ümumilikdə 200 idmançı iştirak edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanmaqla 38 ölkə arasında Qran - Prinin qalibi oldu.
Yarışın ilk günündə kişi cüdoçularımız -60 kq , -66 kq və -73 kq çəki dərəcəsində tatami üzərində öz güclərini sınayıblar. Qadın cüdoçularımız isə -48 kq , -52 kq və -57 kq çəki dərəcəsində mübarizə aparıblar. Sevda Vəliyeva ( -57 kq ) və Namiq Abaslı ( -66 kq ) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.
Digər idmançılarımız Şəhanə Haciyeva ( -48 kq ), Bəsti Səfərova ( -52 kq ), Afaq Sultanova ( -57 kq ) və Vüqar Şirinli ( -60 kq ) yarışın bürünc medalına sahib olublar. Yarışın ikinci günü kişi cüdoçularımız -81 kq , -90 kg , -100 kq və +100 kq , qadın cüdoçularımız isə -63 kq , -70 kq və +70 kq çəki dərəcəsində tatamiyə çıxdılar. Xanım Hüseynova ( -63 kq ) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksən pilləsinə qalxdı. Digər idmançılarımız Zülfiyə Hüseynova ( -70 kq ) və Hüseyn Rəhimli ( -81 kq ) yarışın gümüş medalını qazandılar. Bununla da "IBSA JUDO GRAND PRIX BAKU 2021" yarışı başa çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB