Paytaxt sakinlərinin "Formula 1" yarışları ilə bağlı təəssüratları - SORĞU
Dünyanın ən aparıcı avtoidman yarışı olan "Formula 1"ə Bakı 2016-cı ildən bəri hər il ev sahibliyi edir. Keçirilən "Formula 1" yarışları bu ildə davam etməkdədir. 2020-ci ildə bu yarış Covid -19 pandemiyasına görə ləğv edildi. 2021-ci ildə "Formula 1" Azərbaycan Qran Prisi üçün artıq geri sayım başlayıb. SİA ölkəmizdə keçiriləcək "Formula 1" yarışları ilə bağlı şəhər sakinlərinin münasibətini öyrənməyə çalışıb.
Şəhər sakini Esmira Məmmədova: "Formula yarışlarının keçirilməsini Azərbaycan üçün çox müsbət qiymətləndirirəm. Belə beynəlxalq oyunların keçirilməsi Azərbaycanın dünya səviyyəsində tanınmasına kömək edir. Formula oyunlarında iştirak etməmişəm amma bu il keçirilən oyunlara iştirak etmək və bu beynəlxalq tədbirin necə keçirilməsini görmək istəyirəm".
Şəhər sakini Xamiz Həsənov: "Oyunların Azərbaycanda keçirilməsi bizim üçün çox yaxşı bir addımdır. Başqa ölkələrdə keçirilən zaman mən televizor vasitəsilə baxırdım. Dördüncüsü pandemiya ilə əlaqədar Fransada keçirildi. Beşinci dəfə keçiriləcək 2021" Formula 1" yarışlarını səbirsizliklə gözləyirəm. "Formula 1" yarışları respublikamızın daha da tanınmasına kömək edə bilər. Ümumiyyətlə Azərbaycan son illərdə çox tanınıb".
Şəhər sakini Məmməd Qalibov: "Dövr inkişaf dövrüdür. Mən istərdim ki, beynəlxalq oyunlar bizim ölkədə daha çox olsun. Eyni zamanda müxtəlif festivalların keçirilməsini də yüksək qiymətləndirirəm. Biz buna layiqik. Çünki qalib ölkəyik. "Avroviziya" mahnı müsabiqəsində də Azərbaycanın yenidən qalib gəlməsini istəmişdim. Yarışlar zamanı turistlərin axını olur və bir çox insan Azərbaycanın mədəniyyəti ilə tanış olur".

Şəhər sakini Fazil Mahmudov: "Azərbaycan üçün çox böyük işdir. Təsəvvür edin ki, bütün dünya Azərbaycana baxır və bütün dünya da şahidi olur ki, belə bir müstəqil dövlət var. Dünyamiqyaslı yarışların keçirilməsi ilə məşğuluq. Bu yarışlar möhtəşəm şəkildə keçirilir. Cənab Prezidentimiz bu kimi beynəlxalq və dünyamiqyaslı oyunların keçirilməsinə üstünlük verir. Eyni zamanda beynəlxalq oyunlar zamanı özü də açılış və qapanış mərasimlərində iştirak edir. Ümumiyyətlə bu oyunlar Azərbaycan kimi inkişaf etmiş dövlətlərdə keçirilir. Hər hansı dövlətlərdə beynəlxalq oyunlar keçirilirsə, həmin dövlətə eyni zamanda maliyyə cəhətdən xeyri də çoxdur. Turistlərin gəlməsinin Azərbaycanın iqtisadiyyatına da təsiri var".
Xatırladaq ki, yarışların başlamasına 10 gün qalıb. Bakı Şəhər Halqası 4-6 iyun tarixlərində "Formula 1"in baş tutacaq beşinci səfəri üçün hazırlıqların sonuncu mərhələsinə qədəm qoyur. "Formula 1" yarışı Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da yüksəldib. Bakıda keçirilən "Formula 1" hər kəsə böyük sürət, həyəcan vəd etdiyindən və eyni zamanda trek ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan, azarkeşlər paytaxtımıza səfər edərək, yarışı burada izləməyə böyük maraq göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB