Burak Yılmaz Fransa klubundan ayrılırmı?

Burak Yılmaz Fransa klubundan ayrılırmı?

Burak Yılmaz, Milli Komandanın düşərgəsində təşkil edilən mətbuat konfransında danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Lill" ilə Liqa 1 çempionluğunu qazanan Burak Yılmaz, Milli Komanda düşərgəsində komanda yoldaşları Yusif Yazıcı və Zəki Çəliklə sualları cavablandırıb.

Burak Yılmaz transferlə bağlı ona verilən sualı cavablandırarkən hələ qərar vermədiyini bildirib. Yaxşı bir futbol karyerası yaşadığını ifadə edən ulduz hücumçu, "7 yaşımda Antalyaspor komandasında karyerama başladım. İndi 35 yaşım var, yenə burdayam. Allaha şükür ki, çox yaxşı bir futbol həyatı yaşadım. Üstəlik, hər şeyi futbolda yaşadım, işdən qovuldum, icarəyə verildim. Mən bombardir oldum ... Yaxşı günlər, pis günlər də yaşadım, Fransada da çox yaxşı çempionluq yaşadım" deyib.

O bildirib: ""Qalatasaray"a qayıtmaq istəyirəm, olmadı. "Beşiktaş"a qayıtmaq istəyirəm o da olmadı. Yalnız zarafat bir yana, növbəti futbol həyatımda nə edəcəyimi bilmirəm. Bilmirəm "Lill"də qalacağam və ya başqa bir yerə gedəcəyəm. Diqqətimi Avropa çempionatına yönəltdim. Yaxşı təkliflər var. Ancaq burada yalnız İtaliya ilə oyuna diqqət yetirmək istəyirəm”.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə