“Milan” Donnarumanın ayrılığını təsdiqlədi

“Milan” Donnarumanın ayrılığını təsdiqlədi

İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma bu komandadan ayrılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini yerli mətbuata açıqlamasında məlumat verib.

O, 22 yaşlı qapıçının müqavilə müddətinin başa çatdığını və klubdan ayrıldığını bildirib. Futbolçu özü bu komandada qalmaq istəməyib.

Qeyd edək ki, Donnarumma 2020/21 mövsümündə “Milan”ın heyətində 48 matçda meydana çıxıb. Bu klubun öz yetirməsi olan futbolçu, “Milan”da bütövlükdə 251 matç keçirib. O, İtaliya yığmasında da 25 matça çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə