KİV nümayəndələri arasında keçirilən VIII mini-futbol turnirinin mükafatlandırılma mərasimi keçirilib-FOTOSESSİYA

KİV nümayəndələri arasında keçirilən VIII mini-futbol turnirinin mükafatlandırılma mərasimi keçirilib-FOTOSESSİYA

Bu gün "Şərq" qəzetinin təşkilatçılığı ilə KİV nümayəndələri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi VIII mini-futbol turnirinin mükafatlandırılma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Yeni Azərbayacan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, Azərbaycan Republikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının Administrativ İşlər və Koordinasiya Departamentinin rəhbəri Şahin Məmmədov, "Şərq" qəzetinin baş redaktoru və yarışın təşkilatçısı Akif Aşırlı, iştirakçı komandalar və jurnalistlər iştirak ediblər.

"Şərq" qəzetinin baş redaktoru A.Aşırlı çıxış edərək ümummilli lider Heydər Əliyevin idmana və mediaya göstərdiyi qayğıdan danışıb. O, bu turnirin ulu öndərin xatirəsinə ehtiram olduğunu qeyd edib.

Baş redaktor yarışda 10 komandanın mübarizə apardığını, VIII dəfə keçirilən bu turnirdə ilk dəfə olaraq "Şərq" qəzetinin qalib olduğunu qeyd edib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov təşkilatçılara minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyevin xatirəsinə keçirilən belə turnirlərin ümummilli liderin dərin irsinə, onun xatirəsinə sonsuz məhəbbətin, sevginin təzahürü olduğunu vurğulayıb. Millət vəkili ulu öndər Heydər Əliyevin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafında olan xidmətlərindən söz açıb. O, ümummilli liderin mediaya dəstəyini bir daha önə çəkib. YAP-ın sədr müavini qalibləri təbrik edib.

Çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məslələr şöbəsinin sektor müdiri Vüqar Əliyev qeyd edib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin qayğısı görünməsin. Belə tədbirlərin önəmliliyindən danışan V.Əliyev bu cür turnirlər sırasında "Səs", "Yeni Azərbaycan" və "İki Sahil" qəzetlərinin təşkilatçılığı ilə keçirilmiş voleybol turnirinin də əhəmiyyətdən danışıb. O, "Şərq" qəzetinin təşkilatçılıq etdiyi mini-futbol turnirinin qaliblərini və təşkilatçılarını təbrik edib.

"Akkod" Sənaye Tikinti İnvestisiya Korporasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Afaq Quliyeva isə çıxışında təmsil etdiyi şirkətin turnirin qalibinə 1000 AZN, 2-ci və 3-cü yerlərinin sahiblərinə müvafiq olaraq 500 və 300 AZN, 6 nominasiya üzrə qaliblərə isə 150 AZN pul mükafatı ayırdığını qeyd edib.

Daha sonra isə mükafatlandırma mərasiminə başlanılıb. Ən yaxşı müdafiəçi, yarımmüdafiəçi, hücumçu, oyunçu və qapıçıya 150 AZN pul mükafatı və diplomlar təqdim olunub. Turnirin 3-cüsü - AZTV-yə 300 AZN pul mükafatı və diplom, yarışın 2-cisi - ATV-yə 500 AZN pul mükafatı və diplom, qalib komanda - "Şərq qəzetinə 1000 AZN pul mükafatı və diplom verilib. Daha sonra isə Yeni Azərbayacan Partiyasının sədr müavini Əli Əhmədov qalib komandaya kuboku təqdim edib.

Qalib komandalara AFFA-da öz hədiyyələrini verib.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da partiyanın yarışa mənəvi dəstəyinə görə diplomla təltif olunub.

Qeyd edək ki, "Səs" qəzetinin və "Səs" İnformasiya Agentliyinin (SİA) birləşmiş komandası isə "ən intizamlı komanda" nominasiyasının qalibi olub. Komandaya diplom və hədiyyə təqdim olunub.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə