İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisini bundan sonra Xose Bordalas çalışdıracaq. Bu barədə klubun rəsmi sayt məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İspaniyalı məşqçinin son klubu “Xetafe” olub. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi. “Xetafe” La Liqada son mövsümü 15-ci sırada bitirib.
“Valensiya” isə geridə qalan mövsümü 13-cü pillədə başa vurub. Klub rəhbərliyi mövsümün sonuna bir neçə tur qalmış baş məşqçi Xavi Qrasiyanı istefaya göndərmiş, komandanı müvəqqəti olaraq Salvador Qonsalesə həvalə etmişdi.
..
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB