“Fənərbaxça” Aboubakarla maraqlanır

“Fənərbaxça” Aboubakarla maraqlanır

"Komandanın yüzdə 70-i gələn mövsümə hazırdır" deyən “Fənərbaxça” prezidenti Ali Koç, bu yaxınlarda “Beşiktaş”la müqaviləsini uzatmayan Vinsent Aboubakar ilə danışıqlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mövsümdə Super Liqada çempionluqdan başqa bir şey düşünməyən “Fənərbaxça”dakı prezident Ali Koç, “Komandanın yüzdə 70-i növbəti mövsümə hazırdır. Çatışmayan yerləri ən qısa zamanda tamamlayacağıq” dedi.

Bu istiqamətdə transfer işlərini sürətləndirən komanda, geridə buraxdığımız mövsümdə gözlənilən səmərəni ala bilməyən hücumçu mövqeyi üçün rəsmi olaraq hərəkətə keçib. Komandanın Beşiktaşla müqaviləsi bitən Vincent Aboubakar və meneceri ilə görüşdüyü bildirilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə