Sabiq prezident dünyasını dəyişdi

Sabiq prezident dünyasını dəyişdi

FIA-nın sabiq prezident Maks Mosli 81 yaşında dünyasını dəyişib.

SİA xəbər verir ki, Maksın ölüm səbəbi hələ məlum deyil. O, Britaniya Faşistlər Birliyinin sabiq rəhbəri Osvol Moslinin oğlu idi. Maks əvvəllər həvəskar yarışçı olsa da, sonradan Formula1 komandalarından Marc Engineering-in ortağı olmuşdu. 1993-cü ildə FİA-nın prezidenti olan Maks, Berni Ekllstounla birgə idmanın inkişafında böyük rol oynadı.

Mosli 1994-cü ildə Sennanın ölümündən sonra avtoidmandakı təhlükəsizlik tədbirlərinin artırılmasında böyük rol oynamışdı. Bundan başqa, yol maşınlarında da Euro NCAP proqramını başlatmışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə