“Qalatasaray”dan Alman stoperə təklif

Kristian Luyindama ilə yolları ayırmağı düşünən sarı-qırmızılıların “Freiburq” komandasının formasını geyən stoper Keven Şlotterbek üçün Alman komandasına təklif verdiklərini deyiblər. SIA-nn xarici mətbuata istinadən verdiyi məlumata görə, Alman liqasında “Freiburq” komandasının formasını geyən stoper Keven Şlotterbek'in “Qalatasaray” tərəfindən istənildiyi ifadə edilib.

Kristian Luyindama ilə yolları ayırmağı düşünən sarı-qırmızılıların Alman komandasına təklif verdikləri, ön libero rolunu da oynaya bilən Şlotterbek'in keçən mövsüm “Union Berlin”-də icarə əsasında oynadığı vurğulanıb. Bundesliqada 24 matçda iştirak edən 24 yaşlı alman futbolçunun 30 iyun 2022-ci ilə qədər müqaviləsi var.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə