Burak Yılmaz "Lill"də bir ilkə imza atdı

Burak Yılmaz "Lill"də bir ilkə imza atdı

‘’Angers’’i 2-1 məğlub edən ’’Lill’’ çempionluğa çatdı. SİA-nın verdiyi məlumata görə, 2020-2021 mövsümü birinci Liqada çempion olaraq tamamlayan "Lill" futbolçuları, çempionluğu stadionda qeyd ediblər. "Lill’’ oyunçuları, ‘’Angers’’ matçının bitməsindən sonra 10 il gözlədikləri çempionluğu böyük bir coşğu yaşayıb.

Oyunçular sahəyə axın etdi, bir-birinə sarıldı və çempionluğu qeyd etdi. Türkiyə milli futbolçuları Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik nəhəng Türk bayrağı ilə meydanda olublar. "Lill"in türk futbolçusu Mustafa Kapı da sevinən kütləyə qatılıb. Komanda yoldaşları tərəfindən göyə qaldırılan Yusuf Yazıcı, qolları ilə özünəməxsus "Y" işarəsi edib.

10 il sonra çempionluq

83 xalla liqanı lider olaraq bitirən ‘’Lill’’, 10 il sonra yenidən çempionluğa çatıb. Şimal komandası tarixində 4-cü çempionluğu qazanıb. Bu mövsüm liqada 28 oyunda 16 qol vuran Burak Yılmaz komandasının bombardiri oldu. Yusuf Yazıcının 32 matçda 7, Zeki Çelikin 29 oyunda 3 qolu var.

Burak Yılmaz, Nihat Kahvecidən 13 il sonra, bir mövsümdə Avropanın 5 böyük liqasında 16 qola çatan ilk türk oyunçu oldu.

‘’PSG’’ ikinci olub

Burak Yılmaz, "Lill"in ən yaxın izləyicisi’’ Paris Sent-Germeyn’’ (PSG) səfərdə Bresti 2-0 məğlub etməsinə baxmayaraq 82 xalla ikinci sırada qalıb.

Liqanın digər oyununda ‘’Monako’’ səfərdə ‘’Lens’’lə 0-0 bərabərə qalıb. ‘’Monako’’ xalını 78-ə yüksəldərək liqanı üçüncü yerdə tamamlayıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə