Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək. SİA-nın yerli mətbuat istinadən verdiyi məlumata görə, “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüş "CBC Sport"la canlı yayımlanacaq. Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlib. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlib.
Azərbaycan kuboku, final
24 may
19:30. “Keşlə” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB