Markaodan Fatih Terimə təşəkkür

Markaodan Fatih Terimə təşəkkür

"Qalatasaray"ın müqaviləsini 2024-cü ilə qədər uzatdığı Markao, sosial media hesabındakı yazısında bu günə qədər verdiyi dəstəyə görə məşqçi Fatih Terimə təşəkkür edib. SİA-nın verdiyi məlumata görə, Fatih Terim ilə şəklini mesajına daxil edən 24 yaşlı braziliyalı stoper bu ifadələrdən istifadə edib.

"Heç kim mənə inanmasa da, sən mənə inanırdın, yaxşı günlərimdə də, pis günlərimdə də yanımda idin və hər zaman mənə dəstək oldun. Mənə öyrətdiyin hər şey üçün çox sağ ol ..."

"Qalatasaray" ilə 3 illik yeni müqavilə imzalayan Markaonun imza mərasimindəki sözləri klubun rəsmi saytına daxil edilməyib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə