"Barselona"nı sabiq qapıçısı 46 yaşında vəfat edib

"Barselona"nı sabiq qapıçısı 46 yaşında vəfat edib

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Fransesk Arnau vəfat edib.

SİA xəbər verir ki, keçmiş qapıçı 46 yaşında vəfat edib.

Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Arnaunun ölüm səbəbi açıqlanmayıb.

Arnau 1996-2001-ci illər aralığında “Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisində 32 oyunda 37 qol buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə