Levandovski əfsanəvi Herd Müllerə məxsus əbədi rekordu üstələyib

Levandovski əfsanəvi Herd Müllerə məxsus əbədi rekordu üstələyib

Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski klubun sabiq hücumçusu Herd Müllerə məxsus əbədi rekordu üstələyib.
SİA xəbər verir ki, Münxen təmsilçisinin “Auqsburq”u Bundesliqanın XXXIV turunda 5:2 hesabı ilə məğlub etdiyi matçında 90-cı dəqiqədə fərqlənən polşalı forvard mövsümün 29-cu matçında 41-ci topunu vurub.
Qeyd edək ki, Herd Müller 1972-1973-ci il mövsümündə 36, 1969-1970-ci il mövsümündə 38, 1971-1972-ci il mövsümündə isə 40 qola imza atıb.
Qeyd edək ki, “Bavariya” çempionluğunu XXXII turda rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə