"Fiorentina"dan heç-heçə, "Sampdoriya" rəqibini darmadağın edib

"Fiorentina"dan heç-heçə, "Sampdoriya" rəqibini darmadağın edib

Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turuna start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Kalyari” “Cenoa”nı qəbul edib və minimal hesabla uduzub. “Krotone” isə “Fiorentina”nı sınağa çəkib. Tərəflər meydanı qolsuz tərk ediblər.

A Seriyasını tərk edəcəyi dəqiqləşən “Parma” səfərdə “Sampdoriya” ilə qarşılaşıb. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.

İtaliya A Seriyası

38-ci tur

22 may

Kalyari – Cenoa 0:1

Qol: Şomurodov, 15.

Krotone – Fiorentina 0:0

Sampdoriya – Parma 3:0

Qol: Kvalyarella, 20. Kolli, 44. Qabbyadini, 64.

23 may

17:00. İnter – Udineze

22:45. Atalanta – Milan

22:45. Bolonya – Yuventus

22:45. Napoli – Verona

22:45. Sassuolo – Latsio

22:45. Spetsiya – Roma

22:45. Torino – Benevento

Bütün xəbərlər Facebook səhifəmizdə